Bu kommunal xidmətin qiyməti bahalaşa bilər

Mart ayında bahalaşmanın olması ilə bağlı müxtəlif iddialar səsləndirilir. Səsləndirilən iddialara görə, bu bahalaşma əsasən kommunal xidmətlərdə olması gözlənilir. Qeyd edək ki, yanvarın 4-də Tarif şurasının qərarı ilə Aİ-92 markalı benzin 1 manat, dizelin qiyməti isə 80 qəpiyə qaldırıldı. Mart ayında kommunal xidmətlərdə bahalaşma gözlənilirmi?

Bununla bağlı Sonxeber.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, məşiət tullantılarının toplanmas, daşınması və utilizasiyası xidmətləri ilə bağlı hissədə qiymətlərin artma ehtimalı çox yüksəkdir:

“Hətta bildiyim qədərilə hökumətdə bununla bağlı müzakirə olunan təkliflər də var. Bu sahənin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan tələblərdən biri də xidmətdə olan qiymətlərin artırılması yolu ilə müyyən qədər həmin müəssisələrin keyfiyyətinin artırılması gözlənilir. Bu istiqamətdə qiymətlərin bahalaşması ilə bağlı qərarın qəbul edilməsi gözlənilir. Amma konkret vaxt söyləmək çətindir. Ümumiyyətlə götürəndə əgər biz hökumətin müvafiq istiqamətlər üzrə siyasətini həyata keçirən qurumların açıqlamalarını izləsək görərik ki, onlar əksər hallarda mövcud qiymətlərdən narazıdırlar. Bu müəssisələrin zərərlə işləməsini də, qiymətlərin aşağı olması ilə əlaqələndirirlər. Müəyyən zaman çərçivəsində düşünürəm ki, bu istiqamətdə qərarların verilməsi gözləniləndir”.

Əvvəlki məqaləHərbi əməliyyatlarda xəsarət alanlarla bağlı komissiya yaradıldı
Növbəti məqaləTƏBİB koronavirusa qarşı vaksinasiya ilə bağlı suallara aydınlıq gətirdi