Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı)  üzrə sınaq imtahanı keçiriləcək.

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 10 fevral saat 09:00-dək mərkəzin saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. Sınaq imtahanı 10 fevralda DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir.