Əlillik üç dərəcə ilə dəyərləndirilməyəcək

“Əlilliyin müəyyən olunması” meyarları ilə bağlı yeni layihədə bir sıra yeniliklər nəzərdə tutulur”.

“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə deyib.

O bildirib ki, əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək.

S.Babayev qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri də diqqətə çatdırıb. Yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib.

Əvvəlki məqaləQHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi müəyyənləşib
Növbəti məqaləMagistratura imtahanında ikinci dəfə iştirak üçün qeydiyyat elan edilir