Baş nazir toylarla bağlı qərar imzaladı

Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə uyğun olaraq “Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq edəcək.

APA-nın məlumatına görə, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə xüsusi sanitar rejim tətbiq edilən sahələrin sayı artırılıb. Şənlik mərasimləri keçirilən obyektlər də bura əlavə edilib.

Əvvəlki məqaləPeyvəndə əks göstərişi olan şəxslərə tibbi arayış veriləcəkmi?
Növbəti məqaləNifrət nitqi və nifrət məzmunlu zorakılıq çağırışı edənləri hansı cəza gözləyir?