Əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılacaq

Prezdident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.

“Report” xəbər verir ki, sənədə əsasən, qanunun 41-ci maddəsi aşağıdakı redaksiyada verilib:

Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

Əvvəlki məqaləƏlilliyi olan şəxslərlə bağlı qanuna dəyişiklik edildi
Növbəti məqaləYol-patrul xidməti haqqında təlimata dəyişiklik edildi