Bərdədə zibil qutuları olmadığı üçün zibillər küçələrə tökülür (FOTOLAR)

Bərdə şəhərində antisanitariya vəziyyəti yaranıb. Bərdə sakinlərinin Benefisiar.org-a verdiyi məlumata görə, küçələrdə zibil qutuları olmadığı üçün sakinlər məcbur olub məişət tullantılarını küçələrə qoyurlar. Bu da antisanitariyaya səbəb olur. Belə vəziyyəti Heydər Əliyev prospektində, Bahadur Hacıyev, Üzeyr Hacıbəyov, Təbriz və digər küçələrdə müşahidə etmək olur.

Sakinlərin dediyinə görə, küçələrə zibil qutularının qoyulması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilsə də, nəticəsi olmayıb.

Sakinlər aidiyyəti qurumlardan bu problemi aradan qaldırmağı xahiş edirlər.