Şəhid ailələri, qazilər və əlilliyi müəyyən edilmiş şəxslərlə bağlı komissiya yaradıldı

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyası yaradılıb.
APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təşkilinə dair aşağıdakı tərkibdə Əlaqələndirmə Komissiyası yaradılıb:

Komissiyanın sədri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyəti sədrinin birinci müavini

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini

Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini

Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini

Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini

Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini

Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini

Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini.

Komissiyaya tapşırılıb ki, vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirsin.

Əvvəlki məqaləSəhv tibbi xidmət göstərilən zaman nə etməlisiniz?
Növbəti məqaləVətən müharibəsi qəhrəmanlarının əmək haqqından vergiyə güzəşt müəyyənləşib