Vətən müharibəsi qəhrəmanlarının əmək haqqından vergiyə güzəşt müəyyənləşib

Vətən müharibəsi qəhrəmanları əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququ almaq üçün Azərbaycan Respublikası Vətən müharibəsi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi təqdim etməlidir.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında” qərarında əksini tapıb.