Vətən müharibəsi qəhrəmanları əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququ almaq üçün Azərbaycan Respublikası Vətən müharibəsi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi təqdim etməlidir.
APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında” qərarında əksini tapıb.