Nikahla bağlı dövlət rüsumu artırılır

Azərbaycanda nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata dəyişdirilir.

“Report” xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilir.

Əvvəlki məqaləAvtomobillərlə bağlı rüsum müəyyənləşir
Növbəti məqaləSoyadın, adın və ata adının dəyişdirilməsi ilə bağlı rüsum qaldırılır