Səhiyyə Nazirliyindən göstəriş sertifikatları ilə bağlı açıqlama

Səhiyyə Nazirliyi Əks göstəriş sertifikatlarının müddətinin hansı qaydada müəyyənləşdiriləcəyini açıqlayıb.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əks göstəriş sertifikatı peyvəndin hər hansı komponentinə ağır dərəcədə reaksiyası olan, hamiləlik və südvermə dövründə olan analara verilir.

Bildirilib ki, əks göstərişlər müəyyən sistem və orqan xəstəliklərinin kəskin dövründə də verilir: “Həmin şəxs kəskin xəstəlik dövründən sonra peyvənd oluna bilər. Əks göstəriş sertifikatı vətəndaşın mövcud xəstəliyinin hazırkı vəziyyəti qiymətləndirilərək xüsusi komissiya tərəfindən müddətli olaraq verilir. Bu müddət sağlamlıq vəziyyətinə uyğun olaraq qeyd olunur”.

Qərara əsasən, peyvəndləməyə əks göstərişi təsdiqləyən sertifikat üzrə – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ambulator-poliklinik tibb müəssisələrinin peyvəndləmə prosesinə nəzarət komissiyaları tərəfindən göndərilən tibbi arayışlara baxılaraq, Səhiyyə Nazirliyinin əsaslandırılmış rəyinə əsasən müəyyən edilmiş müddətə verilir.

Qeyd edək ki, Azərbaycanda əks göstəriş sertifikatların verilməsinə avqust ayından başlanılıb. İndiyə kimi 30 minə yaxış şəxsə əks göstəriş sertifikatı verilib.

Əvvəlki məqaləAvtomobillərin icbari sığortası ilə bağlı dəyişiklik ediləcək
Növbəti məqaləQadınların güzəştli şərtlərlə pensiya hüququ