DİN-dən COVID-19 sertifikatı olmayan vətəndaşlara xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) COVID-19 sertifikatı olmayan vətəndaşlara xəbərdarlıq edib.

DİN-in Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev “Report”a açıqlamasında bildiirb ki, COVID-19 infeksiyasının daha da geniş yayılmasının qarşısını almaq məqsədi ilə polis əməkdaşları tərəfindən bundan sonra da gücləndirilmiş nəzarət profilaktiki tədbirlər həyata keçiriləcək.

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən etibarən immunitet və ya əks göstəriş sertifikatı olmayan vətəndaşın sonuncu COVID-19 virusuna qarşı qəbul etdikləri peyvənddən 6 aydan artıq müddət keçibsə, onların xidmət sahələrindən idman sağlamlıq mərkəzlərinə, iri ticarət obyektlərinə, kafe, restoran, çay evləri və digər iaşə obyektlərinə girişi qadağan olunacaq”, – o vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən sonra buster doza vurdurmayan şəxslər ictiami iaşə müəssisələrinə, qapalı məkanlara, idman zallarına, şənlik mərasimlərinə buraxılmayacaqlar.

Əvvəlki məqaləZədələnmiş və köhnəlmiş pulları necə dəyişmək olar?
Növbəti məqaləOnkoloji xəstəliklər icbari tibbi sığortaya cəlb ediləcək