Xaricdə təhsil proqramı üzrə üstünlük veriləcək prioritet ixtisaslar açıqlandı

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının prioritet istiqamətləri açıqlanıb.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 28-də təsdiqlədiyi Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramında əksini tapıb.

Sənədə əsasən, sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələrinin siyahısı hazırlanacaq.

Dövlət Proqramının icrası zamanı aşağıdakı prioritet ixtisas sahələrinə üstünlük veriləcək:

– informasiya texnologiyaları;

– mühəndislik;

– statistika və verilənlərin təhlili;

– fundamental və tətbiqi elmlər;

– ictimai səhiyyə;

– təhsil;

– ətraf mühit;

– aviasiya və kosmos;

– dövlət idarəetməsi;

– nəqliyyat və logistika;

– energetika;

– iqtisadiyyat;

– maliyyə;

– arxitektura və dizayn;

– kənd təsərrüfatı.

Prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı da hazırlanacaq.

Əvvəlki məqaləGənclərin xaricdə təhsilinin hansı formada maliyyələşdiriləcəyi açıqlandı
Növbəti məqaləBu şəxslər mediasiya xərclərini ödəməkdən azad edildi