Sabahdan dövlət orqanlarında vətəndaşların yerində qəbuluna icazə veriləcək

Sabahdan dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna icazə veriləcək.

“Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, martın 6-dan dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna icazə veriləcək.