Regionlarda ödənişsiz “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb.

DİM-dən APA-ya verilən məlumata görə, “Abituriyent Məsləhət Mərkəzləri”ndə abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərilir.

Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aşağıdakı ünvanlarda fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər:

Naxçıvan MR Regional Bölməsi

Naxçıvan şəhəri, Nizami küçəsi, 10

Göyçay Regional Bölməsi

Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43

Şəki Regional Bölməsi

Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182

Xaçmaz Regional Bölməsi

Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b

Lənkəran Regional Bölməsi

Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52

Gəncə Regional Bölməsi

Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina

Şirvan Regional Bölməsi

Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19

Bərdə Regional Bölməsi

Bərdə ş., H.Əliyev prospekti, 100

Qeyd edək ki, Bakı şəhərində “Abituriyent Məsləhət Mərkəzi” isə Azərbaycan Universitetində yaradılıb, həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Növbəti “Abituriyent Məsləhət Mərkəzi” isə Qərbi Kaspi Universitetində yaradılacaq.