Qəbul imtahanları üçün yeni tariflər müəyyənləşdi – CƏDVƏL

Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları, buraxılış imtahanları, həmçinin abituriyentlərin buraxılış imtahanı çərçivəsində əlavə verdikləri Azərbaycan dili (dövlət dili kimi), rus dili və coğrafiya fənləri üzrə fərq imtahanlarına dair, habelə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üzrə tarif tənzimlənməsi həyata keçirilib və yeni tarifləri müəyyənləşdirilib.

APA xəbər verir ki, bu, Tarif Şurasının bu gün keçirilən iclasında qəbul edilən qərarda əksini tapıb.

Tarif Şurasından bildirilib ki, qanunvericiliyə əsasən yuxarıda qeyd olunan qəbul imtahanlarında ilk dəfə iştirak edən abituriyentlər və iştirak sayından asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin 2023-2024-cü illər ərzində dövlət büdcəsi hesabına qarşılanması məsələlərinə dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərin razılaşdırıldığını nəzərə alaraq, tələbə qəbulu ilə bağlı qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarı ilə eyni tarixdən qüvvəyə minəcək.

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri

Xidmətlərin adı Ölçü vahidi Tariflər

(ƏDV-siz, manat)

I II III IV
1. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qəbul imtahanı 1 iştirak üçün 45
2. Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı 1 iştirak üçün 40
3. Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında qəbul imtahanı 1 iştirak üçün 45
4. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanı (I mərhələ) 1 iştirak üçün 45
5. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanı (II mərhələ) 1 iştirak üçün 50
6. Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanı 1 iştirak üçün 50
7. Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı (I mərhələ) 1 iştirak üçün 60
8. Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı (II mərhələ) 1 iştirak üçün 100
9. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı 1 iştirak üçün 40
10. Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan 1 iştirak üçün 30
11. Orta ixtisas təhsili müəssisələrinə və bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə bir fəndən qəbul imtahanı 1 iştirak üçün 30