Bu ilin sosial müavinətlər və təqaüdlərinin məbləğləri nə qədərdir?

2022-ci il üçün sosial müavinətlər və təqaüdlərin məbləğləri

Sosial müavinətlər qanunvericilikdə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Sosial müavinət almaq hüququ şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir və ödənilir.

Müavinətlər tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir. Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

Müavinətlər və təqaüdlərin məbləği aşağıdakı kimidir

Birdəfəlik müavinətlər:

  • Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət (şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində əlilliyini təsdiq edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə) – 237 manat.
  • Uşağın anadan olmasına görə müavinət (müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildikdə) – 300 manat.
  • Dəfn üçün müavinət (aşağıda qeyd olunan müavinətlərdən biri təyin edilmiş şəxs və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs, eyni zamanda sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə)
  • Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə – 1200 manat.

Qeyd: Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin 3 misli məbləğində, digər hallarda isə 350 manat məbləğində dəfn üçün müavinət verilir.

Aylıq müavinətlər

  • dövlət qulluqçularına ömürlük müavinət (“Pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum 15 il qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına); (Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizini təşkil edir) 
  • Yaşa görə müavinət (əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə) – 180 manat
  • Əlilliyə görə müavinət (əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda); (Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 220 manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 180 manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 120 manat.
  • Ailə başçısını itirməyə görə müavinət (əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə) – 100 manat
  • 3 yaşınadək uşağa qulluğa görə müavinət (3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda); (1 yaş yarımadək uşağa qulluğa görə44 manat, uşağın 1 yaş yarımdan 3 yaşınadək qulluğa görə isə – 28 manat.
  • Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət120 manat
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət120 manat.
  • 5 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə – 180 manat
  • Əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə – 180 manat
  • Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən atalara – 180 manat
  • 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara – 180 manat;
  • 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə – 180 manat;
  • 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət (ailənin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda – 70 manat.
  • 5-dən çox uşağı olan qadınlara müavinət (beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda – 70 manat.
  • Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət – (valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün aylıq 200 manat, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün aylıq 600 manat.

Azərbaycan Respublikası Prezidentinin təqaüdləri

  • Müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat müəyyən edilmişdir.
  • “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2000 manat müəyyən edilmişdir.
  • Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1800 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
  • 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 500 manat məbləğində “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ödənilir.
  • Hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ödənilir.
  • Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə (Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərə) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğləri aşağıdakı kimidir:
  • Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;
  • Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 350 manat;
  • Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 300 manat.
  • 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla)  300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
  • Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)” 130 manat məbləğində  Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
  • Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 500 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
  • Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə, habelə, 18 yaşadək əlilliyi müəyyən edimiş uşaqlara qulluq edən şəxslərə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
  • Peşə hazırlığına cəlb olunan işsiz şəxslərə təqaüd – 300 manat
  • Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 210 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 2567

Əvvəlki məqaləBu rayona yeni icra başçısı təyin edildi
Növbəti məqaləBu qayda pozuntusu edən şagirdə hansı cəzanın verilə biləcəyi açıqlandı