Bakıda yeni tikinti bumu başlayır

Son günlər Bakı şəhərində yeni tikilərin sayı çoxalıb. Sonuncu dəfə “Sovetski” kimi tanınan ərazinin söküntüsü zamanı böyük həcmdə çoxmərtəbəli binalar tikilməmişdisə, hazırda köhnə binalar sökülərək yerində yeniləri tikilir.

Vaxtilə Azadlıq prospektində “Nəsimi” bazarı kimi tanınan ərazidən tutmuş “28 May” metrosu istiqamətində köhnə 1, 2, 4 mərtəbəli binlar sökülərək əvzində premum binalar tikilib. Əvvəlki dövrə nisbətən hazırda kiçik istisnalar olmaqla sakinlər söküntü ilə bağlı narazı deyil. Çünki şirkətlər sakinlərə evlərinin 20% qədəri ilə təmirli ev təklif edir. Üstəlik, bina tikildiyi müddətdə sakinlərə kirayə haqqı da ödənilir. Buna görə də əvvəldən tikilən binlar evlərə maraq azalıb. Bu da mənzil bazarında durğunluq yaradıb. Ekspertlər bildirir ki, gələcəkdə mənzillərin qiyməti də düşə bilər.

Son günlər Nəsimi rayonunun “Papanin” kimi tanınan ərazisində də söküntü işlərinə başlanılıb. Ərazidəki həyət evləri sökülür. Bu ərazilərdə çoxmərtəbəli binaların inşası nəzərdə tutulub.