Pensiyalarla bağlı mühüm xəbər – VİDEO

“2022-ci ildə artımlar maddi yardımlarla birgə 10 faiz olub. 2021-ci ildə bu rəqəm 11 faizdən çox, 2020-ci ildə isə 16,6 faiz təşkil edib. Bu il isə 14,7 faiz artım olub”.

BAKU.WS xəbər verir ki, bu sözləri real tv-yə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev bildirib.

O, əlavə edib ki, vahid indeksləşdirmə metoduna keçməklə xüsusi şərtlərlə pensiya alan şəxslərə münasibətdə artımlar hər il həyata keçiriləcək.

Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov isə deyib ki, minimum pensiyanın fevral ayından 280 manata çatdırılması nəticəsində pensiyaların orta aylıq məbləği 426 manata çatıbsa, ilin sonuna kimi 430 manat olması gözlənilir.