Dövlət qurumlarında çalışanların yaş məhdudiyyətinin qaldırılması təklif edildi

Dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyətinin 65 yaşdan 70 yaşa qədər qaldırılması təklif edilib.

“Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

O qeyd edib ki, əgər razılıq olsa Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanaraq parlamentin payız sessiyasında müzakirəyə təqdim edilə bilər.