Prezident Administrasiyasının strukturunda dəyişiklik edildi

Elçin Əmirbəyov

Prezident Administrasiyasının strukturunda dəyişiklik edilib.

APA xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi təsis edilib.

Bu dəyişiklik Prezident Administrasiyasının saytında da əksini tapıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu gün Elçin Əmirbəyov həmin vəzifəyə təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, Elçin Əmirbəyov 2017-ci ilədək ölkəmizin Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən çalışıb. O, daha əvvəl isə Azərbaycanın Fransada səfiri olub.

2017-ci ildən isə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi vəzifəsini icra edib.