Bu şəxslərin maaşları artırıldı – FƏRMAN

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etməli, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının da aylıq vəzifə maaşları artırılıb.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Sərhəd Xidməti və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları da orta hesabla 20 faiz artırılıb.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Azərbaycanın Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşları artırılıb.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmanla Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılıb.