Azərbaycanda dövlət qulluğu imtahanından keçən namizədlərin məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə təqdim etdikləri sənədlərin siyahısı azaldılıb.
Bununla bağlı Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda dəyişikliklər edib.
Yeni dəyişikliklərə əsasən, müsabiqənin test imtahanından keçmiş namizədin təqdim etdiyi sənədlərin siyahısından tam orta təhsil, orta ixtisas təhsili haqqında sənəd ixtisar edilib.
Dəyişiklikliyə əsasən, qaydalardan “tam orta təhsil və orta ixtisas təhsili haqqında sənəd namizədin yardımçı dövlət qulluğu vəzifəsinə iddia etdiyi halda əlavə edilir” qeydi də çıxarılıb.
“Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları” 2.1 və 2.2-ci maddəsinə əsasən müsabiqənin test imtahanından keçmiş namizədin təqdim etdiyi sənədlərin siyahısına tam orta təhsil, orta ixtisas təhsili və ya ali təhsil haqqında sənədin surəti, əmək kitabçasının surəti (olduğu halda) aiddir. Həmçinin tam orta təhsil və orta ixtisas təhsili haqqında sənəd namizədin yardımçı dövlət qulluğu vəzifəsinə iddia etdiyi halda əlavə edilir qeydi də mövcuddur.
Yeni dəyişikliklərə əsasən artıq bu prosedur dəyişildi.
Benefisiar.org