Kreditlərin verilməsinə nəzarət gücləndiriləcək

Azərbaycanda şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək.

APA-nın xəbərinə görə, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Mərkəzi Bank 2020-ci ilin iyul ayınadək bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görməlidir.

Eyni zamanda Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyinə 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Əvvəlki məqaləMəhkəmələrdə kargüzarlıqla bağlı qayda təsdiqlənib
Növbəti məqaləDövlət qulluğuna qəbulda bu vəzifələrlər bağlı imtahan keçirilməyəcək