Əqli mülkiyyətə qısa baxış: Əqli mülkiyyət və onun növləri

Bu məqalə özündə Əqli Mülkiyyətlə bağlı olan bir neçə məsələni əhatə edir. Əsas məqsəd: Əqli Mülkiyyətin daxilində onun formalarına qısa və ümumi bir baxışın həyata keçirilməsidir. Ziddiyyətlər, müqayisələr və bu sahə üzrə məhkəmə qərarları əks etdiriləcəkdir.

İçərisində olduğumuz hər tərəfli inkişaf – müasir texnoloji yenilikər, millenium dövrünə girişdən sonra sənayedə olan sıçrayış və onun gətirdiyi tanınma ilə bağlı məsələlər əqli mülkiyyətin önəm və əhəmiyyətini artırmışdır, hansı ki bu artım hələ də davam edir. Respublika Mülki Məcəlləsinə görə qeyd edilən məcəllə əmlak və şəxsi qeyri əmlak hüquqlarını tənzim edir. Burada toxunacağımız məsələ isə tamamilə şəxsi qeyri əmlak hüquqları ilə bağlıdır. Mülkiyyət hüququnda daha çox fiziki anlayışları özündə ehtiva edən əmlak haqları milennium çağında haqsız rəqabətə olan hüquq, müəlliflik hüquqları, əlaqəli hüquqlar qarşısında güc itirməyə davam edir.

Təəsüflər olsun ki, maddi mülkiyyət qarşısında güc qazanan və daha da artan rəqabət görən bu hüquqların üzləşdiyi problemlərin də sayı çoxalır. İnternetin geniş yayıldığı günlərin ardınca burada müəllif hüquqlarının pozulması – legal olmayan endirmələr, kodunda dəyişiklik edilmiş proqramlar saxtakarlıq və digər problemlər artaraq davam edir. Və burada məsələ yanlız internet vasitəsi ilə edilən gizli endirmə üsulları ilə bağlı da deyil, bəzən hüquq pozucu tərəf bu əməllərini gizlətməyə ehtiyac görmür. Xüsusilə ikinci dünya ölkələrində bu və ya digər formada əqli mülkiyyətlə bağlı müxtəlif tənzimləmələr olsa da, onlar dövrün tələbələrinə ya cavab vermir, ya da icra mərhələsində zəif fəaliyyət göstərirlər.

Bəzən hüquq sahibi, sahibi olduğu hüquqdan ya məlumatsızdır, ya da hüquqa inamsızdır. Birinci hissə müxtəlif məlumatlandırma tətbirləri ilə həll edilə bilinər, amma ikinci tərəf çox daha ağır məsələdir. Hüquqa inamasızlıq bütün bir sistemin yanlış işləməsinin ən böyük göstəricisidir ki, bunun da əsasında yatan səbəb elə hüquqi savadsızlıqdır və icra mərhələsindəki boşluqlardır.

Bəzən isə əqli mülkiyyətə sahib olan tərəf bilərəkdən öz mülkiyyət hüqularını kommersiya məqsədləri üçün görməzdən gəlir – bu isə bütün sənayeyə təsir edir. Eyniləşən sənaye artıq yeni olan aspektləri görməzdən gələrək əqli fəaliyyətin önünə əngəl olmaqla sektorda bir növ inhisarlaşma meydana gətirir. Aşağıda daha ətraflı toxunacağım bu məsələ əslində elə məqaləni yazma məqsədimdir. Başlayaq.

Nədir Əqli Mülkiyyət?

Əqli Mülkiyyət sənaye, elm, sənət və ədəbiyyat sahəsində əqli fəaliyyətin nəticəsinə olan qanuni hüquqdur. Hamımız bilirik ki, tablonu çəkən rəssam, kitabı yazan müəllif, hansısa bir ixtiranı yaradan şəxs necəsə onun sahibi olur. Əqli mülkiyyət bizə onun sahibliyinin necəliyini açmağa kömək edir. Yuxarıda qeyd etdiyim əqli fəaliyyət həmin şəxsə məxsusdur. Onun nəticəsi olan – kitab, tablo, ixtira təbiidir ki, fəaliyyəti həyata keçirən şəxsə məxsusdur.

Bu təbii hüquq anlayışına çox yaxındır. Ədəbiyyatda təbii hüquqlar bizə verilməyən sahib olduğumuz hüquqlar olaraq qəbul edilir. Kimsə sizə yaşamaq hüququnu vermir, siz anadan olandan (bəzilərinə görə hətta ana bətnindəykən) artıq hansısa bir məcəllədə qanunda akta əsasən təsdiq olunmadan artıq yaşamaq hüququna sahibsiniz. Burda digər iki təbii hüquq – mülkiyyətə sahib olmaq və azad yaşamaq hüquqlarından danışmaq başlığımızdan kənar olardı. Ona görə də qeyd etdiyim anlayışın əqli mülkiyyətlə olan bağını izah edəcəyəm. Qeyd etdiyim kimi təbii hüquq sizə verilmir, sahib olursunuz. Bu məsələ Əqli mülkiyyətdə də eynilə işləyir.

Sizin əqli fəaliyyətiniz tamamilə məhdudlaşdırıla bilinməz. Alman filosofu Artur Şopenqauer azadlıq anlayışının mahiyyətini izah edərkən azadlığın hər hansısa bir maneənin olmaması kimi başa düşüldüyünü bildirir. Müəllifə görə maneələrin təsnifatına nəzərən azadlığın 3 növü vardır – fiziki, mənəvi və intellektual. İntellektual azadlıq və ona olan maneəyə baxsaq görərik ki, müəllif intellekt anlayışına dərketmə qabiliyyəti olaraq baxır, hansı ki bu da birbaşa insanın iradəsinə təsir edir. Əgər bu qabiliyyət və onun çevrələndiyi mühit normaldırsa insan intelletual cəhətdən azad sayılır. İntellektual azadlıq insanın hərəkətlərinin, onun iradəsinin reallıqdan irəli gələn motivlərə reaksiyasının təmiz nəticəsidir. Bu məsələnin əqli fəaliyyətlə bağlı hissəsi isə azadlığın məhdudlaşdırılması ilə bağlıdır. Belə ki, sizin intellektual azadlığınız əlinizdən alınsa belə əqli fəaliyyətiniz olduğu kimi qalır. Demək istədiyim şey işin nəticəsi ilə bağlı deyil, işin mahiyyəti ilə bağlıdır. Gəlin yaxından baxaq. Tarix boyu müxtəlif səviyyədə müəlliflik fəaliyyəti məhdudlaşdırılan bir çox fakt vardır. Uzağa getmədən postsovet ölkəsi vətəndaşı olaraq SSRİ dövrü ədəbi əsərlərdən danışmaq istəyirəm. Məlumdur şəxiyyətə pərəstiş dövründə bir şəxsin iradəsi bütün ittifaq üçün məcbur olurdu. Hər sahədə olduğu kimi əqli mülkiyyət də bu iradənin təsiri altında inkişaf etməyə davam edirdi. Hazırlanan bütün əsərlər isə pərəstiş olunan şəxslə bağlı olduqda dərc olunurdu. Belə bir şəraitdə heç bir azadlıqdan bəhs etməyə belə dəyməz, nəinki intellektual azadlıq. Yuxarıda baxdığımız halda heç kəs iddia edə bilməz ki müəlliflər öz iradələri daxilində mühtin motivlərini dərk edərək bu fəaliyyətlə məşğul olub – demək ki, intellektual azadlıq yoxdur. Bəs bu mühit əqli mülkiyyətə təsir etdi mi? Xeyr. Çünki iradləri xaricində hazırlanmış bir iş olsa belə yaranan nəticə əqli fəaliyyətin nəticəsidir. İstənilən maneə qoyula bilinər amma fikirlərə maneə olmaq qeyri mümkün olmaqla bərabər nəticəsizdir. Bu mərhələdə azadlıq anlayışı və sərhədsizlik anlayışı əqli mülkiyyətlə eyniləşir.

Əqli müliyyətin qəbullanmasına olan fəlsəfi əsaslandırma 3 istiqamətdə irəliləyir – Müstəqillik və özünü reallaşdırma vasitəsi; İqtisadi imkanların əldə edilməsi; Əsər sahibinin öz əsərinə sahibliyi. Bu mərhələdə müstəqillik anlayışına yaxından baxsaq, o özündə şəxsin öz ideyasını müstəqil formada ifadə etməsi olaraq qəbul olunur. Əqli mülkiyyətə münasibətdə təbii hüquq nəzəriyyəsi bu mülkiyyət sahibinin yaratdığı əsərin üzərində maddi olmasa belə mənəvi bir haqqa sahib olduğunu tanıyır. Təbii hüquq nəzəriyyəsi təsiri altında yaranan teoremə görə yaradıcılar əqli mülkiyyətə olan hüquq üzərində klassik mülkiyyət haqlarına bənzər bir hüquqa sahibdirlər.

Qayıdaq əqli mülkiyyət hüququna verilən konvensiyon və pozitiv anlayışlara. 1967-ci il Stokholm Konvensiyası (hansı ki Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis edilməsi də məhz bu konvensiya ilə bağlıdır) 2 –ci maddəsində əqli mülkiyyət anlayışı belə izah edilmişdir – ədəbi, bədii və elmi əsərlərə, artistlərin, səsyazma radio və televiziya verilişlərinin icra fəaliyyətinə insan fəaliyyətinin bütün sferalarında ixtiralara elmi kəşflərə sənaye nümunələrinə əmtəə nişanına xidmət nişanına firma adlarına kommersiya işarələrinə aid olan hüquqlar, haqsız rəqabətdən hüquqlar habelə istehsalat elm ədəbi və bədii sahələrdə intelektual fəaliyyətə aid olan digər hüquqlar. Bu anlayış ümumdünya səviyyəsində qəbul olunmuş və dövlətlər tərəfindən öz qanunveriicliklərində bu vəya digər formada öz əksini tapmışdır.

Dövlət daxili hüquqda əqli müliyyətin bir neçə aspekti ilə bağlı ya ayrıca qanunvericilik aktları hazırlanmış (beynəlxalaq qəbul olunmuş anlayışlar əsas alınaraq) ya da bir başa beynəlxalq müqaviləyə istinad üçün şərait yaradılmışdır. Ölkələrə münasibətdə Əqli Mülkiyyət anlayışı dövlətlərin əsas qanunvericilik aktı olan – konstitusiyalarında öz əksini tapır.

Amerika Birləşmiş Ştatlarında əqli mülkiyyətin konstitutsiyon əsası konstitusiyanın elmi texnologiya və istifadəyə yararlı sənəti təbliğ etməsində özünü göstərir. Bu yanlız kontitutsiyada münasibət obyektlərindən biri kimi məhdudlaşmayaraq hökumət üzərində bir məsuliyyət də müəyyən edir. ABŞ konstittusiyası – article 1 – bölmə 8 : konqress incəsənəti texnologiyanı və elmi müəllif və ixtiraçılara işlərində istinad və müəyyən bir müddət qoruma verməklə təbliğ gücünə malik olmalıdır. Belə bir maddənin olması isə konressi müdafiə üçün ixtiraların təbliğ edilməsi mövzusunda tədbirlərin müəyyən edilməsinə məcbur edir.
Hindistan – Konstitusiyada hökumətə elm və texnikanın inkişafını eləcə də, ölkə vətəndaşları arasında elmə hörmət əhval ruhiyyəsinin aşılanması üçün tədbirlər görməyi buyurur.

Hindistan konstitusiyasında bu müddəa article 19 – ifadə azadlığında öz əksini tapır tapır. Həmin maddənin dar təfsirindən belə bir məna almaq olar ki, konstitusiya ölkə vətəndaşlarının ifadə azadlığına qarantiya verir. Amma məhkəmə buna daha geniş təfsir verərək ifadə azadlığına verilən dəstək özlüyündə elm və texnologiyanın təbliğini də ehtiva etdiyini bildirmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsi – əqli mülkiyyət hüququ adlanmaqla özündə hərkəsin əqli mülkiyyət hüququnun varlığını (30.1) və onun bütün növlərinin qanula qorunduğunu (30.2) əks etdirir. Dövlətin bu sahənin müdafiəsi üzrə olan öhdəliyinin varlığı dəqiq qeyd edilməsə belə, qeyd edilən maddə III fəsil – Əsas İnsan və Vətəndaş Hüquqları və Azadlıqları fəslinin tərkibinə daxil edilmişdir. Məqsədli olaraq edilən bu əlavə bizə iki məsələni açmağa kömək edir: 1. Dövlət bu hüquqları yuxarıda qeyd etdiyim fəslin təsnifatı daxilində verərək onları insanlardan ayrı təsəvvür edilə bilinməyən və onlara birbaşa aid olan hüquqlar sferasında tanıdığını bildirir. 2. Qeyd edilən başlıq altındakı hüquqların qorunması dövlətin vəzifə və öhdəlikləri altındadır. Yəni dövlət bu yolla əqli mülkiyyəti birbaşa olaraq qoruması ilə bağlı olan iradəsini də əks etdirmiş olur. 94cü maddənin 13-cü hissəsində bu məsələnin tənzimlənməsi ilə bağlı ümumi qaydaların müəyyən edilməsi Milli Məclisin öhdəliyinə verilmişdir. Ümumilikdə isə bu münasibətin Konstitusiya kimi ali aktda əks etdirilməsi isə dövlətin bu haqlara olan rəğbətinin ifadəsidir.

Qanunvericiliyimizdə Əqli mülkiyyətlə bağlı verilən anlayış aşağıdakıdır: Əqli mülkiyyət hüququ – müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqdur (“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında AR qanunu, 1.0.1-ci maddə). Verilən anlayışdan da görüldüyü üzrə əqli mülkiyyətin bütün ümumqəbul olunmuş sferalarının adları sadalanaraq dövlətin müdafiəsinin sədləri müəyyən olunaraq geniş təfsirə yol buraxılmamışdır. Sadalanan bütün sferaların məcmusu özündə əlavələr ehtiva etməklə mülkiyyətin bir qolunu – AR qanunvericiliyin dili ilə şəxsi qeyri-əmlakı meydana gətirir. Əlbəttə ki, bütün adları sadalanan sferalar hər biri bu və ya digər formada, ayrı ayrılıqda ya da birlikdə istər sənayedə, istər sə də incəsənətdə və yaradıcıllıqda öz əhəmiyyətini biruzə verir.

Əqli mülkiyyət nələrdən ibarətdir?

1967-ci il Əqli Mülkiyyət Təşkilatının təsis konvensiyası əqli mülkiyyət hüququnun aşağıdakılardan ibarət olduğunu göstərir:

• ədəbi, bədii və elmi əsərlərə;
• artistlərin, səs yazma radio və televiziya verilişlərinin icra fəaliyyətinə;
• insan fəaliyyətinin bütün sferalarında ixtiralara;
• elmi kəşflərə;
• sənaye nümunələrinə;
• əmtəə nişanına, xidmət nişanına, firma adlarına, kommersiya işarələrinə;
• haqsız rəqabətə;
• istehsalat, elm, ədəbi və bədii sahələrdə intelektual fəaliyyətə aid olan digər hüquqlar.

Dünya Ticarət Təşkilatının yaradılması ilə əqli mülkiyyətin müdafiəsinin əhəmiyyəti TRİPS Sazişində daha da aydınlaşıdırldı. Bu isə 1994-cü il GAT-ın Uruqvay Raundunda müzakirə edilmişdi.

1 yanvar 1995-ci ildən qüvvəyə minən TRİPS sazişi qəbul edildiyi andan bu yana əqli mülkiyyət üzrə qəbul edilmiş çox tərəfli sazişdir. Onun əhatə elədiyi əqli mülkiyyət sahələri aşağıdakılardır:

1. Müəlliflik və əlaqəli hüquqlar
2. Əmtəə nişanları
3. Sənaye nümunələri
4. Patentlər
5. İnteqral mikrosxem topologiyaları
6. Məxfi informasiyanın qorunması
7. Müqavilə lisenziyaları vasitəsilə haqsız rəqabət təcrübəsinə nəzarətin həyata keçirilməsi.

Müəlliflik və əlaqəli hüquqlar

Əqli mülkiyyətin bütün sahələrində olduğu kimi müəlliflik hüququ da insan zəkasının işini qorumaqla məşğuldur. Müəlliflik hüququnun sahəsi ədəbi və incəsənət əsərlərinin qorunmasıdır. Bunlara yazılar, musiqi və təsviri sənət əsərləri, məsələn, rəsm və heykəltəraşlıq əsərləri, kompüter proqramları və elektron verilənlər bazası kimi texnologiyaya əsaslanan əsərlər daxildir. Qeyd edək ki, müəllif hüquqları əsərləri qoruyur, yəni fikirlərin deyil, fikirlərin ifadəsidir. Beləliklə, bir süjet təsəvvür edirsinizsə, bu, beləliklə qorunmur. Məsələn, ailə və ‘kasta maneələrinə baxmayaraq bir-birini sevən gənc kişi və qadınların hekayəsindən ibarət bir süjet qorunmazdı. Fərqli yazıçılar oxşar süjet əsasında hekayələr qura bilərlər. Amma onu konspektdə və ya məsələn, povestdə, tamaşada ifadə edəndə həmin hekayədəki süjetin ifadəsi qorunacaq. Buna görə də, məsələn, Şekspirin “Romeo və Cülyetta” pyesi həmin süjetin yaradıcı ifadəsi sayılacaqdır. Yenə də digər yazıçılar oxşar süjet əsasında yeni hekayələr qura bilərlər. Ədəbi-bədii əsərin yaxşı və ya bədii (əlamətli) olması tələbi yoxdur. Bununla belə, orijinal olmalıdır. Bu tələbin dəqiq mənası ölkədən ölkəyə dəyişir və bu, çox vaxt məhkəmə təcrübəsi ilə müəyyən edilir. Ümumi terminlərlə demək olar ki, ümumi hüquq ənənəsinə mənsub ölkələrdə çox az şey tələb olunur, bundan başqa əsər başqa bir əsərin surəti olmamalıdır və müəllif ərsəyə gətirməkdə minimum bacarıq, əmək və mülahizə nümayiş etdirməlidir. Mülki hüquq ənənəsinə mənsub olan ölkələrdə tələb çox vaxt daha güclü olur, məsələn, əsərdə müəllifin şəxsiyyətinin möhürü olmalıdır. Müəllifdən sadəcə bacarıq, əmək və ya mühakimədən kənara çıxa biləcək yaradıcı səy tələb olunacaq. Müəlliflik hüququ, Bern Konvensiyasının başlığında göstərildiyi kimi ədəbi və incəsənət əsərlərini qoruyur. Bu iki anlayışı çox geniş mənada götürmək lazımdır.

Əlaqəli hüquqlar

Ənənəvi olaraq, əlaqəli hüquqlar benefisiarların üç kateqoriyasına verilir:

1. İfaçılar;
2. İstehsalçılar;
3. Yayımçılar.

Bu üç qrupun hüquqi müdafiəsinə ehtiyac 1961-ci ildə Roma Konvensiyasında müəyyən edilmişdir ki, bu da artıq bir neçə milli qanunun mövcud olduğu yeni sahədə beynəlxalq qaydaların yaradılması cəhdi idi. Başqa sözlə, əksər dövlətlər Konvensiyaya əməl etməzdən əvvəl adətən qanunlar hazırlamalı və qəbul etməli olacaqlar. Əlaqədar hüquqlar sahəsində ən yeni müqavilələr, WPPT və BTAP, qorunan əsərlərin rəqəmsal formada istismarı üçün nəzərdə tutulmuş mühafizələrlə “rəqəmsal əsr”ə qədəm qoyarkən ifaçıların və fonoqram istehsalçılarının hüquqlarının müdafiəsinin əhatə dairəsini artırdı, o cümlədən internet üzərindən. WPPT və BTAP müddəaları müvafiq olaraq 1996 və 2012-ci illərdə Dövlətlər tərəfindən qəbul edilmişdir. Yayımçılar üçün yenilənmiş müdafiə hələ çoxtərəfli müqavilədə nəzərdə tutulmayıb. Roma Konvensiyası, qeyri-kamil olmasına və yenidən nəzərdən keçirilməsinə ehtiyac olsa da, bu sahədə müdafiə üçün hələ də yeganə beynəlxalq meyardır. Müəllif hüquqları ilə bağlı vəziyyət kimi, Roma Konvensiyası, WPPT, BTAP və milli qanunlar da fərdi istifadəyə, qısa sitatlardan istifadəyə və tədris və ya elmi tədqiqat üçün istifadəyə icazə verən əlaqəli hüquqlara məhdudiyyətlər və istisnalar ehtiva edir.

Əmtəə nişanları

Əmtəə nişanları əqli mülkiyyətin ancaq bir sahəsidir. Bununla belə, onlar son dərəcə dəyərli ola bilər və onların məqsədi məhsul və ya xidməti digər məhsul və ya xidmətlərdən fərqləndirməkdir. Əmtəə nişanları fiziki şəxslərə və ya şirkətlərə məxsus ola bilər və adətən Əmtəə Nişanları İdarəsi adlanan dövlət qurumunda qeydiyyata alınmalıdır. Əmtəə nişanı xidmətlərlə bağlı istifadə edildikdə, ona bəzən “xidmət nişanı” da deyilir. Ümumiyyətlə, əmtəə nişanları fərqləndirici olmalıdır və nə ümumi, nə də təmsil etdikləri mal və ya xidmətlərin sadəcə təsviri olmamalıdır. Verilən nümunəni xatırlayın ki, “tərəvəz” sözü supermarketin ticarət nişanı kimi qeydə alına bilməz, çünki o, şübhəsiz ki, supermarketin satdığı əşyaları təsvir edir. Bundan əlavə, yerkökü üçün əmtəə nişanı kimi qeydə alına bilməz, çünki bu, yerkökü üçün ümumi termindir. Digər tərəfdən, “tərəvəz” sözü velosipedlər üçün ticarət nişanı kimi xidmət edə bilər, çünki onun velosipedlərlə heç bir əlaqəsi yoxdur. Əmtəə nişanının qeydiyyatı sahibinin razılığı olmayan bütün üçüncü şəxslərə ticarət zamanı əmtəə nişanı ilə eyni və ya oxşar olan mallar və ya xidmətlər üçün eyni və ya oxşar işarələrdən istifadə etməsinin qarşısını almaq üçün müstəsna hüquq verir. Belə istifadənin çaşqınlıq ehtimalı ilə nəticələnəcəyi hallarda qeydiyyata alınmışdır. Bu o deməkdir ki, qeydə alınmış (?) əmtəə nişanı yalnız onun sahibi tərəfindən və ya onun razılığı ilə istifadə oluna bilər, məsələn, ödəniş müqabilində istifadə üçün başqa tərəfə lisenziya verilə bilər.

Coğrafi göstəricilər

Çox vaxt coğrafi göstəricilərə və ticarət nişanlarına ilk dəfə məruz qalan şəxslər bildirirlər ki, coğrafi göstəricilər əvvəlki modulda əhatə olunmuş əmtəə nişanları ideyasına çox bənzəyir. Bununla belə, əlavə araşdırma zamanı ikisi arasında ciddi fərqlər var. Həm coğrafi göstəricilər, həm də əmtəə nişanları bazarda əmtəə və ya xidmətləri fərqləndirmək və istehlakçılara mal və ya xidməti xüsusi keyfiyyət və ya reputasiya ilə əlaqələndirmək üçün istifadə olunan mahiyyətcə fərqləndirici əlamətlərdir. Bununla belə, əmtəə nişanları əmtəə və ya xidməti müəyyən bir şirkətdən, coğrafi göstəricilər isə əmtəənin müəyyən bir coğrafi yerdən və ya coğrafi yerlə əlaqəli addan gəldiyini müəyyən edir. Mənşə adları coğrafi göstəricilərin altkateqoriyasıdır. Daha konkret desək, mənşə yerinin adı istifadə üçün daha sərt meyarlara malik coğrafi göstəricidir, çünki o, məhsulun keyfiyyəti və ya xüsusiyyətləri ilə onun coğrafi mühiti, o cümlədən həm təbii (məsələn, torpaq, hava və s.), həm də insan təbiəti arasında daha güclü əlaqə tələb edir. amillər (yəni nou-hau). Məsələn, mənşə yerinin adı xammalın mənşə yerindən alınmasını və məhsulun emalının da orada aparılmasını tələb edir. Ölkədən və ya bölgədən asılı olaraq coğrafi göstəricilər ya özünəməxsus sistem, əmtəə nişanı qanunu və ya ədalətsiz rəqabət və ya istehlakçıların müdafiəsi haqqında qanunlar vasitəsilə qoruna bilər.

Sənaye nümunəsi

Sənaye nümunəsi əşyanın zahiri görünüşünə aiddir: bu, əşyanın dekorativ və ya estetik cəhətidir. O, məqalənin forması kimi üçölçülü xüsusiyyətlərdən və ya naxışlar, xətlər və ya rəng kimi ikiölçülü xüsusiyyətlərdən ibarət ola bilər. Digər əqli mülkiyyət formalarında olduğu kimi, o da qoruna bilər. Bununla belə, əvvəlki modulda təsvir olunan ticarət nişanlarından fərqli olaraq, sənaye dizaynı məqalənin görünüşünə diqqət yetirir. Göstərilən görünüşün bir müəssisənin məmulatlarını digərlərindən fərqləndirməsi tələb olunmur. Sənaye nümunəsini qorumaqla, yaradıcıya ən azı 10 il müddətinə (lakin qorunma müddəti ola bilər) üçüncü şəxslər tərəfindən onun dizaynlarının icazəsiz surətdə surətinə və ya təqlid edilməsinə qarşı müstəsna hüquq verilir. Xüsusi milli/regional qanundan asılı olaraq daha uzun). Əksər ölkələrdə sənaye nümunəsi sənaye nümunəsi qanunu ilə qorunmaq üçün qeydiyyata alınmalıdır. Bəzi ölkələrdə sənaye nümunələri “dizayn patentləri” kimi patent hüququ ilə qorunur. Sənaye nümunəsinin qeydiyyatı və ya dizayn patentinin verilməsi mütləq yeganə qorunma vasitəsi deyil. Müəyyən yurisdiksiyalarda sənaye nümunələri müəlliflik hüququ və ya ədalətsiz rəqabət qanunu əsasında sənət əsəri kimi qoruna bilər. Ümumi qayda olaraq, qorunmaq üçün dizayn “yeni” və ya “orijinal” olmalıdır. Yenilik və ya orijinallığı təşkil edən şeylər ölkədən ölkəyə fərqli ola bilər.

Patent

Patentlər əqli mülkiyyətin qorunmasının ən qədim formalarından biridir. Patent sistemi ixtiraçıya maddi mükafat imkanı təklif etməklə və eyni zamanda yeni texnoloji biliklərin ictimaiyyətə yayılmasını asanlaşdırmaqla texnoloji inkişafı sürətləndirir. Həm yeni yaradılışlar, həm də mövcud olanların gələcək inkişafı patentlərlə qoruna bilər. Patentlər, penisilinin ixtirası kimi elmdə bir sıçrayışı və maşının daha sürətli işləməsi üçün icad edilən maşındakı yeni qolu qoruya bilər. Patentlər ixtiraları qoruyur və ümumiyyətlə, ixtira nəyisə etmək üçün yeni üsul və ya problemin yeni texniki həllini təmin edir. Patent almaq üçün patent qanunu ixtiranın fiziki təcəssümdə təmsil olunmasını tələb etmir. Bununla belə, patentləşdirilə bilməyən ixtiralar var. Bunlara, xüsusən də kəşflər, bitki və ya heyvan növləri, elmi nəzəriyyələr, biznes və ya kommersiya üsulları, riyazi üsullar daxildir. Bundan əlavə, insanların və ya heyvanların müalicəsi üçün diaqnostik, müalicəvi və cərrahi üsullar (tibbi məhsullardan fərqli olaraq), o cümlədən istismarı ictimai qaydaya və ya əxlaqa zidd olan ixtiralar bir çox ölkələrdə patent hüququndan kənarlaşdırılıb. Patent müraciəti sənədləşdirildikdən sonra iki ümumi yanaşma mövcuddur: bəzi ölkələrdə ekspertiza prosesi yalnız rəsmilik tələblərini nəzərdən keçirir, digər yurisdiksiyalarda isə patent müraciətləri onun patent qabiliyyəti meyarlarına cavab verməsi üçün texniki ekspert tərəfindən əsaslı şəkildə yoxlanılır. İxtiranın patent qabiliyyətinin meyarları aşağıdakılardır:

yeni və ya yeni olmalıdır;

ixtiraçılıq mərhələsini (yaxud qeyri-aşkar) əhatə etməlidir, sənaye tətbiqi (və ya faydalı) olmalıdır.

Zəkixan Həsənzadə,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin sonuncu kurs tələbəsi