MSK 385 videogörüntünü araşdırır

Mərkəzi Seçki Komissiyası (MSK) bu günə qədər 68 Dairə Seçki Komissiyasının 179 seçki məntəqəsi üzrə 385 videogörüntünü araşdırır.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, daxil olan protokollar və onlara uyğun sənədlərin hamısını araşdırılır: “Biz çalışırıq ki, daxil olan bütün müraciətləri araşdıraq. Namizədlərin narahat olmasına ehtiyac yoxdur. MSK-ya daxil olan bütün müraciətlər tərəfimizdən araşdırılır”.

Əvvəlki məqaləMSK bu dairələrlə bağlı qərar verdi
Növbəti məqaləMSK bu dairələr üzrə şikayətləri də DSK-ya göndərib