Məzahir Pəhanov seçki komissiyalarını ittiham etdi

Biz pozuntularla bağlı məsələləri seçki prosesi başa çatandan sonra araşdırmağa davam edəcəyik”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, istənilən halda seçki komissiyaları bunların baş verməsinə görə günahkardır.

Məzahir Pənahov bəzi seçki komissiyaların Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etmədiklərini də deyib: “Kimsə sənə imkan vermirsə işləməyə, demək günah səndədir. Ona görə biz günahı komissiyada görürük ki, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyiblər. Hansısa müşahidəçi, yaxud jurnalist komissiya üzvünün fəaliyyətinə imkan vermirsə, komissiya üzvü bununla bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməli idi”.

O, bildirib ki, sosial şəbəkələr tərəfsiz bir görüntü yaradır.

Əvvəlki məqaləMSK-ya şikayət edənlər sonra əlavə materaillar təqdim edə bilər?
Növbəti məqaləMSK sədri bəzi məntəqələrdə işıqların sönməsindən danışıb