Nazir işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 4-də Rövşən Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Vasif Talıbov martın 4-də Vüsal Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, fərmanla Vüsal Şəmsəddin oğlu Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilib.

Qeyd edək ki, Vüsal Sevdimaliyev bundan əvvəl “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.