BŞİH MTK-ların rəhbərlərinə xəbərdarlıq edib

Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 11 300 binanın dezinfeksiya işləri mərhələli şəkildə aparılır və qısa müddətdə başa çatdırılacaq.

Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Eyni zamanda Bakıda 346 bağça pilləli şəkildə dezinfeksiya edilir: “Həmçinin kooperativ binaların, yaşayış komplekslərinin və MTK-ların rəhbərlərinə BŞİH tərəfindən xəbərdarlıq edilib ki, onlara aid olan bina və həyətlərdə dezinfeksiya işləri qısa müddətdə başa çatdırılsın”.