İsmayıllının icra başçısı vəzifəsindən azad edilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Mirsadıq oğlu Sadıqov vəzifəsindən azad edilib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.