Bu sığorta haqlarının tənzimlənməsi qaydası müəyyənləşib

Kreditorlarla barışıq sazişinin bağlanması zamanı işsizlikdən sığorta haqları ilə bağlı məsələnin tənzimlənməsi qaydası müəyyənləşib.

APA-nın məlumatına görə, “Müflisləşmə və iflas haqqında” qanuna bu barədə təklif edilən dəyişiklik bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn keçirilən iclasında müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişikliyə əsasən, kreditorlarla barışıq sazişi bağlanarkən işsizlikdən sığorta haqları üzrə ödənişlərə və artıq alınmış məbləğlərin qaytarılmasına yalnız qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada yol veriləcək.

Qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması tövsiyə edilib.

Əvvəlki məqaləÖzəl tibb müəssisələrinin koronavirusla mübarizəyə cəlb edilən işçilərinə əlavə pul ödəniləcək
Növbəti məqaləƏmək müqaviləsi olanlar dövlətdən dəstək alacaqlar