Müəllimlərin attestasiyası haqqında layihə qəbul olundu

“Peşə təhsili haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, Qanunun 13-cü maddəsinə (Peşə təhsili fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası) təklif edilən dəyişikliyə əsasən, bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilverənlərin attestasiyası keçiriləcək.

Sənəd müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Əvvəlki məqaləDövlət dilinin normalarını pozanlar cərimələnə bilər
Növbəti məqaləOrta ixtisas təhsili üzrə ixtisasların təsnifatı müəyyənləşdi