Sərhəddəki bu hallarla bağlı vətəndaşlara məlumat verilməsi təklif olunur

Ombudsman illik hesabatında Miqrasiya Məcəlləsinə aşağıdakı məsələnin əlavə edilməsini təklif edib

APA-nın məlumatına görə, parlamentin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyində salınmış Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatında ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edildiyi andan həmin vətəndaşlara bildirişin göndərilməsinin məcburiyyəti ilə bağlı Miqrasiya Məcəlləsinə əlavə edilməsi təklif olunur.

Təklifə əsasən, vətəndaşlar barəsində məlumatların məhdudiyyət siyahılarına daxil edildiyi və ya həmin məlumatların aktiv statusunun dəyişdirildiyi hər bir halda müvafiq vətəndaşlara bu barədə ən qısa müddətdə, lakin 24 saatdan gec olmayaraq bildiriş göndərilməlidir.

Əvvəlki məqalə“icaze.gov.az” saytında yeni xidmət yaradılıb
Növbəti məqaləSəhiyyə, tibb və sosial həssas qruplarla bağlı təkliflər verilib