Ali Məhkəməyə və Bakı Apelyasiya Məhkəməsinə hakimlər təyin edilib

Milli Məclisin bu gün keçirilən iclasında Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, Ali Məhkəmənin hakimləri Vəfaddin İbayevin, Akif İsgəndərovun, Əli Seyfəliyevin, Qürbət Əsgərovun vəzifələrinin dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri, həmçinin, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilib.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq, qəbul edilib.

Milli Məclisin iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ də müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəyə əsasən, Bakı Apelyasiya Məhkəməsinin hakimləri Kəmalə Abiyevanın, Zaur Əliyevin, Vüqar Həsənovun, Abidin Hüseynovun, İsmayıl Xəlilovun, Elşad Şamayevin, Şirvan Apelyasiya Məhkəməsi sədrinin müavini Ələsgər Novruzovun, Gəncə Apelyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasovun, Çingiz Əsgərovun, Bəhman Qəribovun və Bəhram Məmmədlinin Ali Məhkəmənin hakimləri təyin olunması təklif edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsə çıxarılaraq qəbul edilib.

Əvvəlki məqaləMilli Məclisin mətbuat xidmətinin rəhbəri dəyişdi
Növbəti məqaləDİM: 72 şagirdin qiymətində dəyişiklik edilib