Baş nazir işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də fərman imzalayıb.

Fərmana əsasən, Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ilin fevralın 11-dən Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsində çalışırdı.

Əvvəlki məqaləSənəd qəbulu ilə bağlı yeni xidmət istifadəyə verildi
Növbəti məqaləKredit güzəşti etməyən bankla bağlı Mərkəzi Banka müraciət edə bilərsiz