İcra başçısı həbs edilən rayonun prokuroru işdən çıxarıldı

Azərbaycanda daha bir rayon prokuroru işdən azad edilib.

“Report”un xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Ağstafa rayon prokuroru Aslan Surxayev tutduğu vəzifədən azad olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

Əvvəlki məqaləKafe və restoranlar açılandan sonra bu qaydalarla işləyəcək
Növbəti məqaləSMS icazə sistemi ləğv olunur