Nazirin müavini dəyişib

Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.

Bu barədə “Report”a Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 18 may tarixli sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.