Bu müəllimlərin sənədləri yeni qaydada yoxlanılacaq

Ötən illərdən fərqli olaraq mövcud karantin rejimi ilə əlaqədar olaraq bu il keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq.

“Report” xəbər verir ki, elektron yerləşdirmənin nəticələri elan edildikdən sonra namizədlər iyun ayının 24-dək video-təlimatda qeyd olunduğu şəkildə əmək kitabçasının yazılı qeydlər olan bütün səhifələrini, təhsil haqqında sənəd və ona əlavənin (hər iki üzünü) skan edərək vahid fayl şəklində pdf formatında və əvvəlki iş yeri ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışı skan edərək pdf formatında şəxsi səhifələrində müvafiq xanalara yükləyəcəklər.

Əvvəlki məqaləQanunvericiliyə domen adlarının tənzimlənməsinə dair müddəalar əlavə edilir
Növbəti məqaləKliniki Tibbi Mərkəzdə ancaq koronaviruslu xəstələr müalicə olunacaq