Konstitusiya Məhkəməsi Mülki Məcəllə ilə bağlı müraciətə baxacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 15-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Mülki Məcəllənin 407-ci (Müqavilənin bağlanması anı) maddəsinin 2-ci bəndinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

Əvvəlki məqaləBu icra hakimiyyətinin vəzifəli şəxsi həbs edildi
Növbəti məqalə“AZAL” və “Türk Hava Yolları” qarşılıqlı reyslər həyata keçirəcəklər