İcra Hakimiyyətinin işçilərinə xəbərdarlıq edildi

Bakı Şəhər İcra Hakimiyyəti bu ilin payız-qış mövsümünə hazırlıqla bağlı apardığı  ilkin yoxlamalar zamanı nöqsanlara yol verildiyini aşkarlayıb.

Bu barədə “Report”a İcra Hakimiyyətindən məlumat verilib.

Mövsümə hazırlıqla bağlı keçirilən müşavirədə yol verilən nöqsanlara görə bəzi xidmət sahələrinin rəhbərləri ciddi xəbərdar edilib, çatışmamazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Payız-qış mövsümündə şəhərin ərazisinə nəzarətin gücləndirilməsi məqsədi ilə şəhər müvafiq cavabdeh ərazilərə bölünərək hər bir ərazi üzrə məsul şəxslər müəyyənləşdirilib, onlar arasında vəzifə bölgüsü aparılıb, bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi təqdirdə hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.

Əvvəlki məqaləBu qurum işçi axtarır
Növbəti məqaləGömrüklə bağlı son qərar ölkədə qiymət artımına səbəb olmayacaq?