Təhsil haqqlarında hər hansı dəyişiklik olacaq?

“Müəllimlərin distant təhsil verməsinə nəzarəti məktəb rəhbərliyi həyata keçirəcək”.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, nəzəratlə əlaqəli nazirlik tərəfindən təlimatlar hazırlanır: “Şagirdlərin biliklərinin qiymətləndirilməsi prosesi olacağından müəllimlər daha diqqətli olmalıdır”.

Şöbə müdiri bildirib ki, yeni tədris ilində tələbələrin təhsil haqqında hər hansı dəyişikliyin olması gözlənilmir.

Əvvəlki məqaləMüəllimlərin koronavirus testindən keçirilib keçirilməyəcəyinə aydınlıq gətirilib
Növbəti məqaləTəhsil Nazirliyi valideynlərə müraciət edib