Müharibədən qayıdan hərbçilərlə bağlı komissiya işə başladı

Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək.

Əvvəlki məqaləNazirlər Kabineti tikinti ilə bağlı qərar verdi
Növbəti məqaləMüharibəyə çağırılan və hazırda xidmətdə olan tələbələrin imtahanları necə olacaq?