Yeni yaradılan qurum inzibati xətaya yol verən media barədə inzibati tədbirlər görəcək

Medianın İnkişafı Agentliyi inzibati xətaya yol verən KİV-lər barədə inzibati tədbirlər görmək səlahiyyətinə malik olacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsində əksini tapıb.

Nizamnaməyə əsasən, Medianın İnkişafı Agentliyinin vəzifələr sırasına çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək daxil edilib.

Əvvəlki məqaləMedianın İnkişafı Agentliyinin idarə olunması qaydası müəyyənləşib
Növbəti məqaləBanklarla bağlı bu qayda yenidən sərtləşdirildi