Baş nazir prokurorluq işçiləri ilə bağlı qərar imzaladı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 iyul tarixli 112 nömrəli qərarında dəyişiklik edilib.

“Report” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəişikliyə əsasən, işçiyə onun hər bir ailə üzvünə görə müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödəniləcək. Bunun üçün prokurorluq işçisinin ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilməlidir.

Eyni zamanda prokurorluq işçisinin ailə tərkibində dəyişiklik baş verdikdə bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyasının verilməsi ilə bağlı müvafiq sənədləri təqdim etməlidir.

Əvvəlki məqaləTəhsil Nazirliyi şagirdlərlə bağlı bu məsələyə aydınlıq gətirib
Növbəti məqaləAvtomobillərdə pərdə və plyonka çəkilməsi qaydasını bu qurum müəyyənləşdirəcək