Səlahiyyətinə aid edilməmiş bu qərar çıxaran vəzifəli şəxslər cərimələnəcək

İnzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə cərimə müəyyənləşir.

APA-nın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 596.4-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, inzibati xətalar haqqında işlərə baxılması səlahiyyətinə aid edilməmiş vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın və ya həmin qərardan verilən şikayətə baxılma haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

Əvvəlki məqaləİqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı
Növbəti məqaləİşsizlikdən sığorta ödənişinin təyinatı elektron qaydada həyata keçiriləcək