Nazir müavininin işdən çıxmasının səbəbi açıqlandı

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sənəd imzalanıb.

O, 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Təhsil Nazirliyi nazir müavini Məhəbbət Vəliyevanın işdən çıxmasının səbəbini açıqlayıb.

“Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, M.Vəliyeva 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. M.Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Əvvəlki məqaləMilli Məclisin yeni saytı hazırlanıb
Növbəti məqalə“Azərsu”dan qiymətlərin artırılması ilə bağlı açıqlama