Parlament Prezidentin xüsusi nümayəndələri ilə bağlı layihəni təsdiqlədi

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, dəyişikliklə qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edilir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Əvvəlki məqaləBaş infeksionist uşaqların COVID-19-a qarşı peyvənd olunmamasının səbəbini açıqlayıb
Növbəti məqalə“Azərişığ”ın ödənişlərinə görə əlavə 1 manat tutulacaq – Video