“Media haqqında” yeni qanun layihəsinin əhatə dairəsi müəyyənləşdirilir

“Kütləvi İnformasiya Vasitələri haqqında” qanundan fərqli olaraq “Media haqqında” yeni qanun layihəsi Azərbaycanda media subyektlərinin bütün dairəsini əhatə edəcək”.

“Report”un xəbərinə görə, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, yeni qanun layihəsi audiovizual, çap, onlayn medianı əhatə edəcək: “Onlayn və çap media ilə bağlı kriteriyalar müəyyən olunacaq. Bundan əlavə audivizual mediaya lisenziyaların verilməsi, onlar barəsində reysterin aparılması yeni qanun layihəsində əksini tapacaq”.

Əvvəlki məqaləMəcburi köçkünlər arasında sorğunun keçirilməsinə başlanılıb
Növbəti məqaləDin xadimləri narkomaniyaya qarşı mübarizəyə cəlb olunacaq