Azərbaycanda hər il 500 nəfər əlilliyi olan şəxsin özünəməşğulluğa cəlb edilməsi nəzərdə tutulub.
“Report” un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Sənəddə qeyd edilib ki, proses əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında icrasına başlanılan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinə uyğun olaraq həyata keçiriləcək.