Daha bir küçədə işıqforlarla nizamlanan yol kəsişməsi təşkil edilib

Yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Suraxanı rayonu, 14 iyul küçəsinin Məşədi Əzizbəyov və Xanlar Ələkbərov küçələri ilə kəsişməsində nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edilərək işıqforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib.

Bu barədə “Report” Bakı Nəqliyyatı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, nəticədə:

• hərəkət növbəliliyi təmin edilib;

• təhlükəsizlik səviyyəsi artırılıb;

• əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.

Əvvəlki məqaləDövlət Yol Polisi İdarəsinin şöbə rəisi sürücülərə xəbərdarlıq edib
Növbəti məqalə“Google” korporasiyası bu şəxslərdən vergi tutmaq niyyətindədir